Dünyaca məşhur tennis ustası Mariya Şarapova ana olmağa hazırlaşır.
“İki sahil” xəbər verir ki, rusiyalı tennisçi bu məlumatı 35-ci doğum günündə özünün “Instagram” səhifəsində ictimailəşdirib.
“Qiymətli başlanğıclar! İki nəfərlik bayram tortunu yemək həmişə mənim ixtisasım olub”, - tennisçi paylaşdığı fotoya şərh olaraq yazıb.