21 aprel 2022 10:56
744

Naxçıvan Muxtar Respublikasının ÜDM-in həcmi 2% artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 570,38 mln. manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, hər bir nəfərə düşən ÜDM-in həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2% artaraq 1231,4 manat olub.

Muxtar respublikada yaranan ÜDM-in tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə dəyəri 263 789,2 min. manat məhsul istehsal edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətdə (müqayisəli qiymətlər üzrə) 1,5% çoxdur.