Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında sənayenin inkişafı məqsədilə bank və kredit təşkilatları tərəfindən təsərrüfat subyektlərinə 6,122 mln. manat kredit verilib.
Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, bu, bir il öncəki göstəricidən 30,3% çoxdur.
Rüb ərzində muxtar respublikada 263,789 mln manat dəyərində sənaye məhsulu istehsal olunub ki, bu da bir il öncəki göstəricini 1,5% üstələyib.
Sənaye məhsulu istehsalının 92,8%-i malların, 7,2%-i isə xidmətlərin payına düşüb. İstehsal olunan sənaye məhsulunda özəl bölmənin payı 90,8% təşkil edib.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib