21 aprel 2022 12:40
538

Naxçıvanda kənd təsərrüfatı sahəsinin kreditləşməsi artıb

Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsi ilə məşğul olan təsərrüfat subyektlərinə ümumilikdə 4,487 mln. manatdan çox kredit verilib ki, bu da bir il öncəki göstəricidən 8% çoxdur.

Naxçıvan Dövlət Statistika Komitəsindən "İki sahil"ə verilən məlumata görə, rüb ərzində bank və kredit təşkilatları tərəfindən bu sahəyə 3,726 mln. manat kredit verilib. Ötən illə müqayisədə qeyd olunan sahə üzrə kreditləşmənin həcmi 8,4% artıb.

Hesabat dövründə, 1 damazlıq ana arı yetişdirmə təsərrüfatının və 1 arıçılıq təsərrüfatının yaradılması, 1 arıçılıq təsərrüfatının genişləndirilməsi davam etdirilib. Təsərrüfat subyektlərinə rüb ərzində 20,5 min manat kredit verilib.