21 aprel 2022 13:28
522

Banklar valyuta hərracında 83 milyon dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahi"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 82,5 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (14 aprel 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 33,7% azalıb.