22 aprel 2022 10:35
838

Əhalinin banklardakı əmanətləri 3%-dən çox artıb

Azərbaycanda əhalinin banklarda olan əmanətlərinin artım trendi mart ayında da davam edib.

"İki sahil" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, hesabat ayında bankların əmanət portfeli 3.4% (331 mln. manat) artaraq 10,200.8 mln. manat təşkil edib. Əmanət portfelinin 53.9%-i (5,501.6 mln. manat) fiziki şəxslərin müddətli əmanətlərindən ibarətdir.

Fiziki şəxslərin əmanətlərinin dollarlaşması isə mart ayında ötən ilin müvafiq dövrünə nəzərən 8 faiz bəndi azalaraq 42.3% təşkil edib.