22 aprel 2022 10:42
636

Nazir: Qeyri-neft-qaz sektoru üzrə ÜDM rekord həddə artıb

Qeyri-neft-qaz sektoru üzrə ümumi daxili məhsul (ÜDM) ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə artıb.

“İki sahil” xəbər verir ki, bu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

"Qeyri-neft-qaz sektoru üzrə ÜDM ötən ilin ilk rübü ilə müqayisədə rekord həddə - 10,3% artaraq 15 mlrd. 9,9 mln. manata çatıb. Bu, Azərbaycan iqtisadiyyatında bərpa prosesinin sürətləndiyini göstərən mühüm göstəricidir", - nazir qeyd edib.