Azərbaycanın bank sektoru bu ilin yanvar-mart aylarında 173,9 milyon manat xalis mənfəət əldə edib.
"İki sahil"in Azərbaycan Mərkəzi Bankına istinadən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % çoxdur.
3 ay ərzində bankların əməliyyat gəlirləri 830,1 milyon manat, əməliyyat xərcləri 541,2 milyon manat, xüsusi ehtiyatlara ayırmaları 73,4 milyon manat, mənfəət vergisi ödəmələri isə 41,6 milyon manat təşkil edib.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib