Yanvar-mart aylarında Azərbaycanda qeyri-neft sektoruna yönələn investisiyaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 10,1% artaraq 1 442,5 mln. manat olub.
“İki sahil” xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.
Nazir əlavə edib ki, qeyri-neft sektorunda investisiya fəallığı bu sahəyə yönəldilən vəsaitlərin həcminə müsbət təsir göstərib.
Qeyd olunub ki, bu ilin birinci rübündə illik ifadədə informasiya və rabitə xidmətləri 14,7% artaraq 604,4 mln. manat, əhalinin kommunal gəlirləri isə 18,9% artaraq 16 000,5 mln. manat təşkil edib.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib