22 aprel 2022 13:52
842

Xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının sayı 2,7 dəfə artıb

Bu ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 2,7 dəfə artaraq 298,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 5,1 dəfə, Rusiyaya - 2,6 dəfə, Türkiyəyə - 2,6 dəfə, Gürcüstana isə 2,3 dəfə artıb. Ölkə vətəndaşlarının 44,5%-i Türkiyəyə, 18,7%-i Rusiyaya, 12,9%-i İrana, 8%-i Gürcüstana, 15,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,4%-ni kişilər, 33,6%-ni qadınlar təşkil edib.

2022-ci ilin yanvar-mart aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 58,4%-i hava, 39,2%-i dəmir yolu və avtomobil, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.