Bu ilin yanvar-mart aylarında Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən 368 layihənin maliyyələşdirilməsinə 13,3 mln. manat güzəştli kredit verilib.
Fonddan “İKi sahil”ə verilən məlumata görə, cari ilin 1 aprel tarixinədək ən çox məbləğdə güzəştli kredit verən 5 müvəkkil kredit təşkilatının siyahısına "Kapital Bank" ASC (4 mln. manat), "Bank Respublika" (1,7 mln. manat), "Yelo Bank" (1,4 mln. manat), "Access Bank" (1,1 mln. manat) və "Unibank" (1 mln. manat) daxildir.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib