AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində XVII-XVIII əsrlərə aid olan xəlvətiyə təriqətinə mənsub sufi əmmaməsinin üzərindəki bərpa və konservasiya işləri davam edir.
Muzeydən "İki sahil"ə verilən məlumata görə, hazırda əmmamənin üzərinə dolanmış yaşıl rəngli sarığın dolanma qaydası orijinallığı saxlanılmaqla eyni intervalla fiksasiya edilib, xüsusi məhlulla emal olunub.
Bərpa və konservasiya işləri yaxın zamanda başa çatdırılacaq. Qeyd edək ki, eksponatın gələcəkdə muzeyin ekspozisiyası və sərgilərində nümayişi nəzərdə tutulur.
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" uğurla başa çatıb
Dənizkənarı Milli Parkda möhtəşəm musiqi axşamı: Tünzalə Ağayeva gecənin ulduzu oldu