25 aprel 2022 12:17
718

Mikayıl Cabbarov: Biznesin İnkişafı Fondu formalaşmasının son mərhələsindədir

Azərbaycanda yaradılan Biznesin İnkişafı Fondu formalaşmasının son mərhələsindədir.

“İki sahil” xəbər verir ki, bunu "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" adlı konfransda çıxış edərkən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Onun sözlərinə görə, bu gün ixracın, investisiyaların təşviqi üçün sahibkarlara zəruri olan funksiyaların indiyədək olmayan alətlərin təklif edilməsi istiqamətində fəaliyyət həyata keçirilir.

"Bölgədə baş verən hadisələr, Azərbaycanın əhəmiyyətini birmənalı şəkildə artırır. Eyni zamanda, təkliflər təhlil olunur və qabaqlayıcı addımlar atılır",- deyə Mikayıl Cabbarov qeyd edib.