25 aprel 2022 17:55
1051

"Yüksəliş”in qalibi “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması işlərinə cəlb edilib

İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) tərəfindən “Yüksəliş” müsabiqəsinin qalibi və iqtisadiyyat nazirinin mentorluq proqramının iştirakçısı Ziya Mürsəlzadə Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında gömrük anbarlarının yaradılması layihəsinə cəlb edilib.

“İki sahil” xəbər verir ki,  Ziya Mürsəlzadə sözügedən layihənin həyata keçirilməsi üçün İqtisadi Zonaların İnkişafı Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə mütəmadi olaraq təşkil edilən görüşlərdə iştirak edir, bu görüşlərdə layihənin həyata keçirilməsinə praktiki fayda verməklə yanaşı müxtəlif ideya və təkliflərlə çıxış edir.