26 aprel 2022 11:29
815

Avropadan Rusiya qazının tədarükü ilə bağlı müraciətlər 18% azalıb

Rusiyanın "Qazprom" şirkəti Ukrayna ərazisi ilə Avropaya qazın tranzitini istehlakçıların müraciətlərinə uyğun olaraq davam etdirir.

“İki sahil” xəbər verir ki, bunu Ukraynanın qaz ötürmə sistemlərinin operatorunun məlumatları göstərir.

Alıcıların müraciətlərinə əsasən, aprelin 26-a Ukrayna ərazisi ilə Rusiyadan nəql üçün nəzərdə tutulan qazın həcmi 56 mln. kubmetr təşkil edir, bu da 25 aprel tarixinə olan göstərici (demək olar ki 68,4 mln. kubmetr) ilə müqayisədə təqribən 18% azdır.

Qeyd edək ki, "Qazprom"un 2022-ci il üçün Ukraynaya tranzitlə bağlı müqavilə öhdəlikləri 40 mlrd. kubmetr və ya gündə təxminən 109,5-109,6 mln. kubmetr təşkil edir.