26 aprel 2022 14:20
710

Banklar valyuta hərracında 61 milyon dollar cəlb edib

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"İki sahil"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 61 mln. ABŞ dolları olub və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (21 aprel 2022-ci il tarixində keçirilib – red.) müqayisədə 26 % azalıb.