Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli bəyanatından irəli gələn razılaşmaların həyata keçirilməsinə baxdıqda yaxşı perspektivlər açılır.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan-Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası dövlət komissiyasının 20-ci iclasında çıxış edərkən Baş nazirin müavini Şahin Mustafayev deyib.
Onun sözlərinə görə, iqtisadi və nəqliyyat əlaqələrinin açılması, yeni infrastruktur marşrutlarının yaradılması, ümumiyyətlə, bunlar regionun bütün dövlətlərinin maraqlarına cavab verir.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib