27 aprel 2022 17:04
968

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib- FOTO

Ağdam Sənaye Parkında daha 2 sahibkara rezidentlik statusu verilib və rezidentlərin sayı 7-yə çatıb.

“İki sahil” xəbər verir ki,  bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində bildirib.

Nazir bildirib ki, “Prof-Dam” MMC 2 hektar ərazidə müxtəlif növ dam örtüklərinin istehsalı müəssisəsi inşa edəcək, “Metkons” MMC isə havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının istehsalı ilə məşğul olacaq.

"İnvestisiya dəyəri 9 mln. manata yaxın olan layihələrin reallaşması ilə 85 nəfər daimi işlə təmin ediləcək", - nazir əlavə edib.