28 aprel 2022 12:33
752

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycanda internet infrastrukturunun yaradılmasına investisiya qoyur

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi 2022-ci ildən "Aztelekom" və "Baktelecom"la birgə Bakıda və regionlarda internet infrastrukturunun yaradılmasına investisiya qoymağa başlayıb.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal sahibkarlıq və perspektiv imkanlar” mövzusunda konfransda deyib.

Onun sözlərinə görə, 2024-cü ilin sonunadək Azərbaycanın bütün ərazisi yüksəksürətli internetlə təmin ediləcək.

"Bu infrastrukturun yaradılmasına investisiyalar dövlət-özəl tərəfdaşlığı çərçivəsində həm nazirliyimiz tərəfindən, həm də "Aztelekom" və "Baktelecom" vəsaitləri hesabına qoyulur", - deyə nazir bildirib.