"Milan" A seriyasının 35-ci turunda "Fiorentina" ilə keçirəcəkləri ev oyununun qonaq komandanın azarkeşləri üçün nəzərdə tutulmuş biletlərinin çox hissəsini öz fanatlarına satıb.
“İki sahil” xəbər verir ki, bu brədə "Corriere dello Sport" məlumat yayıb. "Fiorentina"nın baş direktoru Coe Baron isə "Milan"ın belə davranışına qəzəblənib:
“Mən çərşənbə günü gecə "Milan"ın prezidenti Paolo Skaroni ilə danışdım. Mən ona mövqeyimi izah etdim. Bu vəziyyətdən çox əsəbiləşdiyimi dedim. Bizə hörmətsizlik edildi. "Milan" qəzəbləndiyimin fərqindədir. Görək bundan sonra nə olacaq”.
Qeyd edək ki, mayın 1-də Milandakı "San Siro" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib