Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsini dəyişilməz olaraq 7,75% saxlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə qurumun yeni sədri Taleh Kazımov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi yenidən 6,25%, yuxarı həddi isə 9,25% olaraq müəyyən edilib. Bu qərar bu gündən qüvvəyə minir.
Qeyd edək ki, bu, Mərkəzi Bankın yeni İdarə Heyətinin sədri Taleh Kazımovun dövründə qəbul edilən ilk faiz qərarıdır.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib