29 aprel 2022 13:39
1054

Azərbaycan və Qırğızıstan bərə daşınmalarında güzəştli tarifləri müzakirə ediblər

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevlə görüşüb.

“İki sahil” Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, görüşdə ölkələr arasında hava nəqliyyatının bərpası, Qırğızıstan yükdaşıyıcıları üçün Xəzər dənizi vasitəsilə güzəştli bərə tariflərinin verilməsi, yükdaşımalara icazə blanklarının artırılması, Azərbaycan peyk sistemlərinin imkanlarının Qırğızıstan tərəfi üçün praktiki tətbiqi məsələləri ətrafında müzakirələr aparılıb.

Görüşün yekunu olaraq tərəflər yuxarıda qeyd olunan məsələlər üzrə işi davam etdirmək və Qırğızıstan və Azərbaycanın səlahiyyətli orqanları arasında əlaqələrin intensivləşdirilməsi barədə razılığa gəliblər.