29 aprel 2022 13:47
969

Taleh Kazımov: Manatın məzənnəsi sabit qalacaq

“Manatın məzənnəsinin sabit saxlanılması davam edəcək”.

“İki sahil” xəbər verir ki,  bunu Azərbaycan Mərkəzi Bankının yeni sədri Taleh Kazımov mətbuat konfransında deyib.

“Geosiyasi və geoiqtisadi şəraiti, hal-hazırda tədiyyə balansının cari əməliyyat hesabının profisitini, ümumiyyətlə fiskal büdcənin profisitini, infilyasiyanın artışını nəzərə alsaq, Mərkəzi Bankın mövqeyi sabit məzənnə rejimində davam etməkdədir”- deyə, T.Kazımov əlavə edib.

O bildirib ki, üzən məzənnə daha fundamental yanaşma tələb edir.