29 aprel 2022 14:52
812

"Bir Pəncərə" Mərkəzi vasitəsilə qeyri-neft ixracı 40%-dək azalıb

Bu ilin yanvar-aprel ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən 79,5 mln. ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.

"İki sahil"in İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin göstəriciləri əsasında apardığı hesablamalarına görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 51,7 mln. dollar və ya 39,4% azalıb.

Bu ilin mart ayı ilə müqayisədə isə apreldə ixracın dəyəri 4,9 mln. dollar və ya 20% artaraq 29,2 mln. manat təşkil edib.