Azərbaycan Mərkəzi Bankı (AMB) bu il üçün tədiyə balansının profisitli olacağını proqnozlaşdırır.
AMB-dən “İki sahil”ə bildirilib ki, geosiyasi vəziyyətin qlobal iqtisadi mühitlə bağlı yaratdığı qeyri-müəyyənliklər yüksək qalsa da, tədiyə balansının profisitli olacağı proqnozlaşdırılır.
Məlumata görə, Azərbaycanın əsas ixrac məhsullarının qiymətləri yüksək olaraq qalıb. Brent markalı neftin orta qiyməti 2022-ci ilin ötən dövründə 100 ABŞ dollarını üstələyib. Digər mühüm ixrac məhsulu olan qazın qiyməti də yüksək səviyyədə qalmaqdadır. Beynəlxalq təşkilatlar enerji daşıyıcılarının, o cümlədən neftin cari ilə proqnoz qiymətini artırmaq istiqamətində təshih edirlər.
AMB-dən bildirilib ki, ixrac əmtəələri üzrə dünya qiymətlərinin yüksəlməsi və qeyri-neft ixracının artmaqda davam etməsi tədiyə balansının cari əməliyyatlar hesabında profisiti artırır. Bu da ölkənin strateji valyuta ehtiyatlarının artmasına və valyuta bazarında tarazlığın dəstəklənməsinə şərait yaradır.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib