29 aprel 2022 16:24
1019

Şabrandakı gil yatağı satışa çıxarılacaq

İyunun 1-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək. Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyindən “İki sahil”ə verilən məlumata görə, hərracda Şabran rayonunda 1 lot üzrə “Baş Əmirxanlı” gil yatağı satışa çıxarılacaq.

Başlanğıc qiyməti 4500 manat təşkil edən yatağa sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 25 may 2022-ci il saat 16:00-a qədər təqdim edilməlidir.
Sənədlərin siyahısı ilə Agentliyin rəsmi internet səhifəsindən tanış olmaq olar.