Azərbaycanın Hesablama Palatası ilə Çinin Ali Audit Ofisi arasında onlayn görüş keçirilib.
Palatadan "İki sahil"ə verilən məlumata görə, görüşün məqsədi Hesablama Palatasının Təlim mərkəzinin fəaliyyətini dəstəkləmək, qurumun əməkdaşların bilik və bacarıqlarının artırılması olub.
Görüşdə kənar dövlət maliyyə nəzarəti prosesində keyfiyyətə nəzarət, dövlət satınalmaların auditi, dövlət borcunun auditi kimi mövzular üzrə təlimlərin keçirilməsinin mümkünlüyü vurğulanıb, eləcə də, mövcud pandemiya şəraiti nəzərə alınaraq praktik təcrübə mübadiləsinin həyata keçirilməsi üçün cari təlimlərin onlayn qaydada sentyabr ayından başlanılması ilə bağlı ilkin razılığa gəlinib.
Hacıqabulda sel nəticəsində zərər görən fermerə 2 931 manat sığorta ödənişi edilib