30 aprel 2022 12:03
724

YAP Şuşa rayon təşkilatının fəalları və məktəblilər şəhid ailəsini ziyarət ediblər

YAP Şuşa rayon təşkilatının fəalları, Şuşa rayon 6 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi şəhid Quliyev Tural Əlisafa oğlunun ailəsini ziyarət ediblər.

Təşkilatdan “İki sahil”ə verilən məlumata görə, görüşdə Tural Quliyev şərəfli həyat və döyüş yolu, torpağa, milli-mənəvi dəyərlərə bağlılığı, müqəddəs şəhidlik zirvəsinə ucalmasından bəhs edilib, şəhid ailəsinin qayğı və problemləri dinlənilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.