30 aprel 2022 14:08
1526

Ağdamda payızda səpilmiş palıd ağaclarının toxumları cücərməyə başlayıb

“Ağdam şəhərinin meşə-parkında payızda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə bir yerdə səpdiyimiz palıd ağaclarının toxumları artıq cücərməyə başlayıb!”

"İki sahil" xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov tviterdə qeyd edib.

“Gün o gün olsun, doğma Qarabağımızın hər bir guşəsi yaşıllıq, gül-çiçək olsun!”, - deyə E.Hüseynov əlavə edib