Ötən gün ölkəmizdə aparılan 3 min 104 test nəticəsində məlum olub ki, 4 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 792 min 562-yə yüksəlib.
“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində ölüm faktı qeydə alınmayıb.
Daha 17 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 782 761-ə yüksəlib.