Azərbaycanda son sutkada koronavirus (COVID-19) 4 min 92 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 415, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 418, “buster” doza ilə peyvənd olunanların sayı 2 min 947, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 312 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 649 min 741, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 340 min 53, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 840 min 220 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 229 min 389, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 min 79 nəfərdir.