30 aprel 2022 20:38
1416

Zelenski və Conson arasında telefon danışığı olub

Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Boris Conson arasında telefon danışığı olub.

"İki sahil" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski tviterdə bildirib.

Tərəflər blokadaya alınmış Mariupoldakı vəziyyət haqqında fikir mübadiləsi aparıb.

Həmçinin Ukraynaya müdafiə dəstəyi və sülhə nail olmaq üçün lazımi diplomatik səylər müzakirə edilib.