30 aprel 2022 21:23
965

Dünya Turizm Təşkilatının Baş katibi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib

Ölkəmizdə səfərdə olan Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili aprelin 30-da Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub.

"İki sahil" xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qonağı Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Azərbaycanın İspaniya Krallığında və Andorra Knyazlığındakı səfiri, Dünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov müşayiət edib.