01 may 2022 16:35
871

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 856 test nəticəsində məlum olub ki, 16 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 792 min 578-ə yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində ölüm faktı qeydə alınmayıb.

Daha 20nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 782 781-ə yüksəlib.