Azərbaycanda son sutkada koronavirus (COVID-19) 3 min 928 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 283, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 380, “buster” doza ilə peyvənd olunanların sayı 2 min 962, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 303 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 653 min 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 340 min 336, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 840 min 600 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 232 min 351, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 240 min 382 nəfərdir.