İstehlaka yararsız kolbasa və sosiska məmulatları məhv edilib.
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "İki sahil"ə verilən məlumata görə, fiziki şəxs Cəfərov Səxavət Ərəstun oğlunun Agentliyə müraciəti əsasında, istehlaka yararsız və istifadə müddəti bitmiş, ümumi çəkisi 3750 kq kolbasa və sosiska məmulatları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.