Mayın 3-də 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Gədəbəy rayonunun Çanaqçı kənd sakini, şəhid Məmmədov Yasin İman oğlunun doğum günü qeyd olunub.
“İki sahil” xəbər verir ki, mərasimdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Gədəbəy RİH başçısının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, Milli Məclisin deputatı Sevinc Hüseynovanın köməkçisi Elxan İsmayılov, Gədəbəy rayon Ağsaqqallar şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev eləcə də rayon ictimaiyyəti və kənd sakinləri iştirak ediblər.
Anım mərasimində şəhidin məzarı ziyarət olunub, iştirak edənlər şəhidin məzarı önünə tər güllər düzüblər.
Mərasimdə şəhidin ailə üzvləri ilə söhbətlər aparılıb, onların qayğı və problemləri dinlənilib.
Şəhid valideyinləri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.