05 may 2022 13:36
698

Prezident İlham Əliyevə və Mehriban Əliyevaya bu yarışa dəstək olduqları üçün minnətdaram - Bülənt Ərən

“Azərbaycan xalqına və Mingəçevir əhalisinə təşəkkür edirəm. Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya bu yarışa dəstək olduğu üçün minnətdaram”.

“İki sahil” xəbər verir ki,  bunu azad olunmuş torpaqlarımızda ilk beynəlxalq turnir – “Prezident kuboku-2022”nin bu gün Mingəçevirdə baş tutan paradından sonra Türkiyə Avarçəkmə Federasiyasının İdarə Heyətinin üzvü, Etika Komitəsinin sədri Bülənt Ərən deyib.

O bildirib ki, Azərbaycanda olduqları üçün çox şaddır: “Türkiyə hər zaman Azərbaycanın yanındadır və olacaq. Biz burada bir daha anladıq ki, həqiqətən biz bir millət, iki dövlətik. Yaşasın Azərbaycan, yaşasın Türkiyə! “Prezident kuboku-2022”yə gələn idmançılarımız son olaraq Xorvatiyanın paytaxtı Zaqrebdə iştirak ediblər. Dünya və Avropa çempionatlarının qalibləri olan yığma üzvləridir. Bu yarışda da uğurlu nəticəyə ümid edirik”.

Türkiyə millisinin avarçəkəni Ali Asaf Çiftçi isə hədəfinin çempion olduğunu bildirib: “Hava Limanından başlayaraq bizi gözəl qarşıladılar. Təşkilatçılıq çox yaxşıdır. Buradakı hədəfimiz əlimizdən gələnin ən yaxşısını edib, birinci olmaqdır”.