05 may 2022 17:50
1109

Ulu öndər Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət - FOTO

Naftalanda bu mövzuda tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Naftalan şəhər  təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü  münasibətilə  “İslam Həsənzadə 22”  ərazi partiya təşkilatı ilə birlikdə “ulu öndər Heydər Əliyev – tarixi şəxsiyyət və tarix yaradan şəxsiyyət” mövzusunda tədbir keçirib.

 “İki sahil” xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov qeyd edib ki, Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ümummilli Lider Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırla­yacağımız dahi şəxsiyyətdir. Ulu Öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.

Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixi­nin şərəfli səhifələrinin yazılması­na və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yarat­mış oldu. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlər möhtəşəm quruculuq və tərəqqi, davamlı və hərtərəfli inkişaf mərhələləri kimi şanlı tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.

 Tədbirdə “İslam Həsənzadə 22”  ərazi partiya təşkilatının sədri Tural Məmmədov çıxış edərək bildirib ki, xalqımız əmindir ki, əsası Ümum­milli Lider Heydər Əliyev tərəfindən yaradılan müstəqil dövlətimizin inkişafı etibarlı əllərdədir.Bu gün hər zaman azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şad­dır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini da­vam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilmiş, 30 ildən bəri düşmən nəsarətində olan Qarabağ əbədi azadlığına qovuşmuşdir. Umummilli Lider Heydər Əliyevin bö­yük siyasəti qalib gəlməklə onun ölməzliyini bir daha təsdiqləmişdir.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr edilmiş film nümayiş etdirilib.