06 may 2022 14:11
949

YAP Laçın rayon təşkilatında Ulu Öndərə həsr olunmuş tədbir keçirilib FOTO

YAP Laçın rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbir keçirmişdir. 

“İki sahil” xəbər verir ki,  tədbirdə Rayon ictimaiyyəti nümayəndələri, ərazi partiya təşkilatı sədrləri və fəallar iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov diqqətə çatdırmışdır ki, bütün varlığı ilə vətəninə, xalqına bağlı olan dünya şöhrətli dövlət xadimi Ulu Öndər Heydər Əliyev çağdaş tariximizdə əbədiləşmiş, respublikamıza rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısında misilsiz xidmətlər, xilaskarlıq missiyası, zəngin dövlətçilik nümunəsi göstərmişdir. Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə xalqımızın rifahını düşünərək bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərərək, qəlblərdə daim sevgi, xatirələrdə əbədiyaşarlıq qazanmışdır.
Tədbirdə digər çıxışçılar Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan və müstəqil Azərbaycan dövlətinin dünyaya tanıdılmasından, görkəmli şəxsiyyətin siyasi, ideoloji və rəhbərlik bacarığından bəhs etmişlər.

Sonda Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatı, Laçın Rayon Təhsil Şöbəsi, Laçın Rayon Gənclər və İdman İdarəsi və Laçın Rayon Mədəniyyət Müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" mövzusunda ümumrayon müsabiqəsinin bədii qiraət və idman nominasiyalarinin qalibləri mükafatlandırılmışdır.
Qaliblərə YAP Laçın rayon təşkilatının Fəxri Fərmani və hədiyyələr təqdim edilmişdir.