06 may 2022 19:10
1247

Ağdamda şəhidlərin xatirəsinə inşa edilmiş xatirə lövhəsinin açılışı olub FOTO

6 may 2022-ci il tarixdə Ağdam Dövlət Sosial- İqtisadi Kollecində Vətən müharibəsi şəhidlərinin xatirə lövhəsinin açılış mərasimi baş tutub.

“İki sahil” xəbər verir ki,   Ağdam Dövlət Sosial-İqtisadi Kollecində təhsil almış və Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmiş 6 nəfər Vətən müharibəsi şəhidinin: Anar Yusifovun, Elnur Şirinzadənin, Ramin Zeynalovun, Turan Əliyevin, Munis Abbaslının və Ülvi Həsənovun əziz xatirəsinə inşa edilmiş xatirə lövhəsinin açılış mərasimində Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev şəhid ailələri, qazilər, müharibə veteranları, kollecin müəllim və tələbə heyəti iştirak etmişdir.