Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət idman siyasəti bu gün Prezident İlham Əliyevin ardıcıl səyləri nəticəsində uğurla davam etdirilir, ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət ildən-ilə daha da artır.
“İki sahil” xəbər verir ki, xüsusi diqqət ayrılan idman sahələrindən biri də futboldur. Futbolçularımızın peşəkarlığının artırılmasına göstərilən davamlı qayğı, futbolun maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni stadion və idman bazalarının yaradılması ölkədə bu sahənin inkişafına böyük təkan vermişdir.

Bununla bağlı olaraq 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin təşəbbüsü ilə seçki ərazisində futbolun kütləviliyinin inkişafını, habelə gənclərin idmana olan həvəsini daha da artırmaq məqsədi ilə dairənin Ağdaş rayonu üzrə kəndləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan və 14 kənd komandasının iştirak etdiyi futbol turniri təşkil olunmuşdur.
Deputat 6 may 2022-ci il tarixində əraziyə səfəri çərçivəsində həmin turnirin Ağdaş rayon Cardam kənd stadionunda keçirilən açılış mərasimində iştirak etdi.
Bu gün gənclər arasında sağlam həyat tərzinin təbliği, onların idmana olan həvəsinin daha da artırılmasının dövlət gənclər siyasətinin prioritet istiqamətlərini təşkil etdiyini vurğulayan millət vəkili ölkə rəhbərliyi tərəfindən bu sahədə görülən işlərdən bəhs etdi, turnirdə iştirak edən bütün komandalara uğurlar arzuladı.
Sonra turnir iştirakçıları bu təşəbbüsünə görə M.Əfəndiyevə öz minnətdarlıqlarını bildirdilər.
Gimnaziyada pedaqoji və şagird kollektivi ilə görüş

Daha sonra deputat Ağdaş rayon Muxtar Əfəndizadə adına Şəmsabad kənd Tam Orta Məktəbi və Göyçay şəhər Səməd Vurğun adına İnteqrasiya təlimli İnternat tipli Gimnaziyasında pedaqoji və şagird kollektivi ilə görüşlər keçirib.
Təhsilin əhalinin maariflənməsində, xüsusilə gənclərimizin formalaşmasında rolunu vurğulayan deputat, pandemiya dövrünun keyfiyyətli təhsil almaq imkanlarını məhdudlaşdırdığını və təhsil səviyyəsinin inkişaf etdirilməsi üçün yeni çağırışların nəzərdən keçirilərək təhsildə yeni idarəçiliyin tətbiq edildiyini qeyd etdi. Bu prosesdə pedoqoji heyətin səy və əzmkarlıq göstərməsinin vacibliyi vurğulandı.
Sonda Məzahir Əfəndiyev təhsil müəssisələrində tədris prosesi, məktəb binalarının təchizatı, şəraiti ilə yaxından tanış oub, həmçinin pedaqoji kollektiv tərəfindən məktəb və təhsillə bağlı səsləndirilən təklifləri də müzakirə edib.
Ümumilikdə səfər çərçivəsində 160-ə yaxın seçici ilə görüş keçirilib.