07 may 2022 08:27
931

Kubada baş verən partlayışda ölənlərin sayı artıb

Kubanın paytaxtı Havana şəhərində oteldə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

“İki sahil” xəbər verir ki, hadisə şahidləri və Kubanın dövlət televiziyasının məlumatına görə, partlayış nəticəsində 70-dən çox insan yaralanıb.

Səhiyyə orqanları partlayışın 300-dən çox şagirdin olduğu məktəbdə dağıntı və tələfata səbəb olduğunu qeyd edib. Belə ki, azı 15 uşağın yaralandığı və bir uşağın öldüyü bildirilir.

Kubanın turizm naziri Xuan Karlos Qarsiya söyləyib ki, ilkin məlumatlara görə, partlayış nəticəsində ölən və yaralananların arasında xarici vətəndaş yoxdur.