26 avqust 2026 08:04
73

Yaponiya Hörmüz boğazından yan keçən neft kəmərlərinin tikintisini dəstəkləyəcək

Yaponiya hökuməti enerji sabitliyinin təmin edilməsi üzrə plan qəbul etmək niyyətindədir. Plan Yaxın Şərqdə neftin Hörmüz boğazından yan keçməklə nəqlini təmin edəcək alternativ neft kəmərlərinin tikintisinə dəstəyi nəzərdə tutur.

“İki sahil” xəbər verir ki, bu barədə NHK telekanalı xəbər verib.

Planın avqustun 26-da hökumətin iclasında rəsmi təsdiqlənəcəyi gözlənilir. Sənəd həmçinin neft-kimya sənayesinin mühüm komponenti olan nafta istehsalı üçün neft ehtiyatlarının yaradılmasını nəzərdə tutur. Nafta tədarükündə yaranan fasilələr Yaponiya biznesində narahatlıq doğurur.