07 may 2022 15:42
630

Göygöldə məktəblilər arası inşa yazı müsabiqəsi keçirilib

Bu gün YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış  Ümummilli lider Heydər Əliyevin  anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər planı çərçivəsində Göygöl rayon tam orta məktəb  şagirdləri  arasında “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

“İki sahil” xəbər verir ki, yarışma zamanı ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.  İnşa yazı müsabiqəsi iştirakçıların  fəallığı ilə davam edərək I, II, III yerlər üzrə qaliblər müəyyən olunmuşdur.

İnşa yazı müsabiqəsi də daxil olmaqla keçirilən silsilə tədbirlər zamanı fərqlənən şəxslərin 10 May 2022-ci il tarixdə YAP Göygöl rayon təşkilatının binasında keçiriləcək yekun tədbirində fəxri fərmanlar və qiymətli hədiyyələrlə təltif olunması nəzərdə tutulur.