07 may 2022 16:44
952

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) 3 min 565 peyvənd vurulub.

“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 358, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 399, “buster” doza ilə peyvənd olunanların sayı 2 min 507, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 301 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 666 min 575, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 341 min 671, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 841 min 925 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 241 min 601, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 min 378 nəfərdir.