Kiyevdə sakinlərin müharibənin ilk aylarında sığınacaq kimi istifadə etdiyi Kiyev metrosunun xətləri əvvəlki qaydada sərnişindaşımaya qayıdıb.
“İki sahil” xəbər verir ki, Ukrayna ordusu Kiyev vilayətinin bütün yaşayış məntəqələrinə nəzarəti bərpa etdikdən sonra paytaxtda həyat normala qayıdır.
Kiyevlilər şəhərin müxtəlif yerlərinə getmək üçün hər gün metro xətlərinə axışırlar.
Ölkədə yanacağın olmaması şəxsi avtomobillərin hərəkətində problem yaradıb. Həftə boyu yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranır və son iki gündə yanacaq satışı tamamilə dayandırılıb.
Hakimiyyət problemin aradan qaldırılmasının bir neçə həftə çəkə biləcəyini istisna etmir.
Yaponiya Hörmüz boğazından yan keçən neft kəmərlərinin tikintisini dəstəkləyəcək