08 may 2022 18:31
948

Ölkəmizdə koronavirusa yoluxanların sayı açıqlandı

Ötən gün ölkəmizdə aparılan 2 min 493 test nəticəsində məlum olub ki, 12 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 792 min 630-a yüksəlib.

“İki sahil” xəbər verir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, son sutka ərzində ölüm faktı qeydə alınmayıb.

Daha 13 nəfər COVID-19 xəstəsinin sağalması nəticəsində virusdan sağalanların ümumi sayını 782 862-yə yüksəlib.