Azərbaycanda son sutkada koronavirus (COVID-19) 3 min 308 peyvənd vurulub.
“İki sahil” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, birinci mərhələ üzrə peyvənd olunanların sayı 300, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, “buster” doza ilə peyvənd olunanların sayı 2 min 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 294 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 milyon 669 min 883, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 341 min 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 milyon 842 min 230 təşkil edir. “Buster” doza ilə peyvənd olunanların ümumi sayı isə 3 milyon 244 min 10, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 min 672 nəfərdir.