09 may 2022 02:11
1683

Polis Aytən Məmmədovadan izahat alıb - YENİLƏNİB

Polis hadisə ilə bağlı jurnalist Aytən Məmmədovadan evində izahat alıb.

“İki sahil” xəbər verir ki, bu barədə APA məlumat yayıb.

***

Bakıda jurnalist Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

“İki sahil” "Report"a istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti faktı təstiqləyib. Nazirlikdən faktın araşdırıldığı bildirilib.

Qeyd edək ki, hadisə mayın 8-i gecə saatlarında Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda qeydə alınıb.

Məlumata görə, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.

Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin "102" Zəng-Mərkəzinə müraciət edilib.